Ermənistan həbsxanalarında 24 nəfər ölüb - Onlardan 7-si intihar edib

Ermənistan həbsxanalarında 24 nəfər ölüb - Onlardan 7-si intihar edib
11:52 7 Mart 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Son 10 ayda Ermənistan həbsxanalarında 24 ölüm hadisəsi baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu haqda Helsinki Vətəndaş Assambleyasının Yerevan ofisinin hesabatında bildirilib.
Hesabata əsasən, Ermənistan həbsxanalarında ölümlərin sayı artıb. Rəsmi məlumata görə, ötən ilin son 10 ayı ərzində məhkumların 17-si xəstəlikdən ölüb, 7-si isə intihar edib.

Hesabatda vurğulanıb ki, qadın həbsxanalarında məhkumların saxlanma şəraiti daha acınacaqlıdır. Sənəddə qeyd olunub ki, həbsxanalarda cəza çəkən qadın məhkumlar cinsi zorakılığa və istismara məruz qalırlar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR