"Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik MM-in plenar iclasına tövsiyyə olunub

"Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik MM-in plenar iclasına tövsiyyə olunub
11:52 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub.
"Report"un verdiyi xəbərə görə, dəyişiklik "müvafiq icra hakimiyyəti orqanı" ifadəsinin dəqiqləşdirilməsini nəzərdə tutur. Dəyişikliklə qanunun 12-ci maddəsinin dördüncü hissəsində "Meliorasiya və irriqasiya üzrə müvafiq" sözləri "müvafiq" sözü ilə əvəzlənir.
Belə ki, hazırda qanun layihəsinin 12-ci maddəsində deyilir ki, meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab olunur və yenidən alınması tələb olunmur. Dəyişikliklə "müvafiq və irriqasiya üzrə müvafiq" sözləri "müvafiq" sözü ilə əvəzlənəcək.
Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyyə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/meliorasiya-ve-irriqasiya-haqqinda-qanuna-deyisiklik-mm-in-plenar-iclasina-tovsiyye-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR