"Suriya və Qarabağ münaqişələri dünya ictimaiyyətinin çağırışlara cavab verməyi bacarmadığını göstərir"

"Suriya və Qarabağ münaqişələri dünya ictimaiyyətinin çağırışlara cavab verməyi bacarmadığını göstərir"
12:12 7 Mart 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Suriya münaqişəsi artıq regional deyil, beynəlxalq münaqişəyə çevrilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Tel-Əviv Universitetinin prorektoru, Orta Şərq üzrə ekspert Eyal Zisser deyib. O xatırladıb ki, Suriya münaqişəsində təkcə suriyalılar deyil, dünyanın bir çox yerindən könüllülər döyüşür: "Suriya münaqişəsi hazırda cəmiyyətin radikallaşması şəklində təzahür edir. Əvvəllər bu, Suriyada yox idi. Münaqişə təbii kataklizmlərdən baş verib. Neçə illik quraqlıq səbəbindən fermerlər mitinq keçirməyə başladılar və bu, getdikcə hökumət əleyhinə aksiyalara çevrildi. İnsanlar radikallaşmağa başladılar. Burada təbii ki, xarici qüvvələrin də təsiri oldu. Bu ölkənin məsələsi regional stabilliyin təmin olunmasında aparıcı rol oynayır".
 
Ekspert Suriya məsələsi ilə Dağlıq Qarabağ münaqişəsinin ortaq tərəflərindən də danışıb: "Dağlıq Qarabağ münaqişəsindəki kimi, bu münaqişədə də dünya ictimaiyyətinin çağırışlara cavab verməyi bacarmadığı müşahidə edilir. Lakin Suriya münaqişəsi daha faciəvi və çətin münaqişədir. Suriya münaqişəsini həll etmək üçün dünya aktorlarının nə istədiyini bilmək lazımdır. Bu, Dağlıq Qarabağ münaqişəsinə də aiddir".
 
Suriya münaqişəsinin Azərbaycana necə təsir edəcəyinə gəlincə, E. Zisser qeyd edib ki, Suriyada döyüşən azərbaycanlılar ölkələrinə qayıda və özləri ilə radikallaşma ideologiyası, döyüş taktikası gətirə bilərlər.
 
E.Zisser münaqişənin həllində dünya güclərinin hər birinin öz marağı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın əsas məqsədi Bəşər Əsəd hakimiyyətinin legitimliyini qorumaqdır: "Rusiya İŞİD-ə qarşı döyüşmür. Məsələn, Obama Suriyaya ordu göndərmədi. Rusiya isə çox az sayda olsa da, göndərib və bununla da Bəşər Əsədi qoruya bilib. Bu ölkə üçün məhz Dəməşqdə nələrin baş verdiyi maraqlıdır. Türkiyə isə Suriya ilə sərhəddə Kürdüstan dövlətinin yaradılması təhlükəsi səbəbi ilə Rusiya ilə danışıqlara girmək məcburiyyətində qalıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR