Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb
12:18 7 Mart 2017
144 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası başlayıb.

İclasda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edir.

Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 13 məsələ daxildir.

Bunlar Milli Məclisin komitə üzvünün seçilməsi, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin seçilməsi (3 məsələ), Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin illik məruzəsi, "Məktəbəqədər təhsil haqqında" (ikinci oxunuşda) qanun layihəsi, eyni zamanda "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Sərhəd Qoşunları haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında", "Lisenziyalar və icazələr haqqında", "Reklam haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarına dəyişiklik layihələridir.

Oqtay Əsədov M.Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O bildirib ki, Mehriban xanım 12 ildir, deputatdır: “O, dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsinə mühüm rol oynayıb. Mehriban Əliyeva beynəlxalq aləmdə də fəal olub”. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR