​Dişlərin çürüməsini əngəlləyir

Qara çayla yanaşı, bitki çayları da bir çox dərdə dərmandır.

Metbuat.az Türkiyə mətbuatına istinadla, qidalanma və diet üzrə mütəxəssis Meltem Şeniz Toksoyun bitki çaylarınının faydaları haqqında fikirlərini təqdim edir:

Yaşıl çay: Xərçəngə qarşı qoruyur, xolesterini aşağı salır, diş çürüməsini əngəlləyir və çəki atmağa kömək edir.

Zəncəfill çayı: Qan dövranını artırır, iltihabı azaldır. Artrit, baş ağrısı, qızdırma, qusma və əzələ ağrılarına qarşı faydalıdır.

Nanə çayı: Qrip zamanı üşütməni aradan qaldırır. Baş ağrısı, həzmsizlik və revmatizmaya faydalıdır.

Çobanyastığı çayı: İştah açır, yuxusuzluğa qarşı xeyirlidir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR