Azərbaycan və BƏƏ arasında yeni reys martın 16-dan açılacaq

Azərbaycan və BƏƏ arasında yeni reys martın 16-dan açılacaq
12:27 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında yeni aviareys açılır.
"Report" xəbər verir ki, loukoster "Air Arabia" aviaşirkəti martın 16-dan etibarən Şarca-Bakı-Şarca marşrutu üzrə uçuşlar həyata keçirəcək.
Şarcadan uçuş yerli vaxtla 9:00-da, eniş isə 11:55-də həyata keçirilcək. Reyslər həftənin 4 günü - çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri təşkil ediləcək. Elə həmin günlər Bakıdan da uçuşlar olacaq. Təyyarə paytaxtımızdan Şarca istiqamətində 12:35-də havaya qalxacaq, 15:15-də isə Bakıya enəcək.
Şarca-Bakı-Şarca marşrutu üzrə biletin qiyməti təxminən 430 manat təşkil edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-ve-bee-arasinda-yeni-reys-martin-16-dan-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR