“Bu, cənab prezidentin qadınlara ən böyük hədiyyəsidir” - Hicran Hüseynova

“Bu, cənab prezidentin qadınlara ən böyük hədiyyəsidir” - Hicran Hüseynova
12:33 7 Mart 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirib.

Publika.az xəbər verir ki, tədbirdə ölkə başçısının qadınlara təbrik məktubu səsləndirilib və Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident təltifləri təqdim olunub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkə rəhbərliyinin qadınların hüquqlarının qorunması məsələsində göstərdiyi diqqətdən danışıb: “Cənab Prezidentin qadınlara ən böyük hədiyyəsi Mehriban Əliyevanı Birinci Vitse-Prezident təyin etməsidir. Mehriban xanımın qaçın və məcburi köçkünlərin problemlərinin dünya ictimaiyyətində çatdırılması, qadın və uşaq problemləri sayəsində əvəzsiz xidməti var”.

H.Hüseyova müstəqillik dövründə, həmçinin torpaqlarımızın hüquqlarının müdafiəsində qadınlarımızın əvəzsiz rolu olduğunu deyib: “Bu gün Azərbaycan qadını bir tərəfdən zəngin ənənələrə bağlıdırsa, digər tərəfdən ölkədə qadınlara yaradılan hüquqlardan istifadə etməyi bacarır. Bu gün Azərbaycan qadını həm də sosial aktivliyi özündə cəmləşdirir.

Artıq 25 ildir müharibə şəraitində yaşayırıq. Bu illər ərzində hərbiçilərlə yanaşı qadın və uşaqlarımız da maddi və mənəvi zərər görüb”.

Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasseti bildirib ki, Beynəlxalq Qadınlar Günü beynəlxalq aləmdə qadınlara arasında heç bir fərq qoyulmadığı gündür: “1977-ci ildə BMT-nin 8 martı Beynəlxalq Qadın Günü kimi rəsmiləşdiriləndən bu günə qədər qadınların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılıb. Dayanıqlı İnkişaf proqramının 2030-cu ilə qədər nəzərdə tutulan olanında qadınların hüquqları, gender bərabərliyi məsələləri xüsusi yer tutur. Bu il də BMT-nin qadınlar günü münasibəti şüarı “Dəyişən iş dünyasında qadınlar” seçilib. Bu şüar qadınların iş dünyasındakı bərabərliyin olmaması məsələsinə diqqət çəkir.

İş dünyasında 76 faiz kişilərlə müqayisədə qadınların az olması təəssüf doğurur. Hələ də, qadınlar işləməklə yanaşı uşaqlarına da baxmaları gündəmdədir. Bu gün münasibətilə BMT baş katibinin çıxışında da qadınların əmək bazarında tam iştirakı dünyada məşğulluq sahəsində sayının artması əsas yer tutur. Qadınların işləməsi dünyada ümumdaxili məhsulda 12 trilyon dollar gəlir gətirə bilər”.

A.Frakasseti onu da vurğulayıb ki, dünyada qadın hüquqları məsələsində problemlər olsa da, Azərbaycanda qadınların hüquqlarının müdafiəsi sahəsində mühüm addımların atıldığına inanırıq: “Məndən Azərbaycan qadını barədə soruşsalar, onların tarixən diplomatik bacarığının olmasından, həmçinin evdarlığı, əmək bazarındakı uğuru və s. məqamlardan danışa bilərəm”.

Qeyd edək ki, hər il olduğu kimi bu il də dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mükafatlandırılıb.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə “İslam ölkələri qadınlarının inkişafı” adlı fotomüsabiqəsinin qaliblər mükafatlandırılıb.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR