Oqtay Əsədov: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək"

Oqtay Əsədov: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək"
12:37 7 Mart 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti var və bu fəaliyyətlərdən biri də Milli Məclisin deputatı olmasıdır. Mehriban xanım Əliyeva daim parlament mədəniyyətinin inkişafına önəm verib, qanunvericilik bazasının inkişafında iştirak edib, bir sıra qanunvericilik təşəbbüsləri ilə çıxış edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, Mehriban xanım Əliyeva 4 Amnistiya aktının təşəbbüskarıdır, on minlərlə insan Amnistiya aktlarının nəticəsində azadlığa qovuşub: "Mehriban xanım Əliyeva parlamentin beynəlxalq əlaqələrinin də inkişafına mühüm töhfə verib, Azərbaycan xalqını beynəlxalq aləmdə layiqli təmsil edib. Azərbaycan xalqının həqiqətləririni dünya ictimaiyyətinə çatdırır. Bu fəaliyyətlərlə yanaşı, Mehriban xanım Əliyevanın geniş ictimai və xeyriyyəçilik fəaliyyəti hamya bəllidir. Dara düşən insanlar Mehriban xanıma müraciət edirlər. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni nəfəs gətirəcək. Bu qərara görə Milli Məclis adından cənab Prezidentə təşəkkür edirəm. Mehriban xanım Əliyevanı Milli Məclis adından təbrik edir və bu çətin və fərəhli fəaliyyətində uğurlar arzu edirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR