Qeorqi Mqebrişvili: “Gürcüstanın və Azərbaycanın daxili işlər orqanları çox səmərəli əməkdaşlıq edirlər”

Qeorqi Mqebrişvili: “Gürcüstanın və Azərbaycanın daxili işlər orqanları çox səmərəli əməkdaşlıq edirlər”
12:42 7 Mart 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 7 mart. REPORT.AZ/ Tbilisidə “Qadın polislərin 6-cı illik beynəlxalq konfransı” işə başlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, martın 10-dək davam edəcək konfransda daxili işlər orqanlarının işinin səmərəli təşkilində, cəmiyyətdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında, eləcə də beynəlxalq terrorizmə, silah qaçaqçılığı və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında qadın polislərin iştirakı və s. məsələlər müzakirə olunur.
Bildirilib ki, bu gün cəmiyyətdə qadınların rolu təkcə ana olmaqla yekunlaşmır. Hər bir ölkənin ictimai-siyasi, mədəni həyatında qadınların xidmətləri böyükdür.
Gürcüstanın daxili işlər naziri Qeorqi Mqebrişvili jurnalistlərə müsahibəsində deyib ki, bu gün Gürcüstanın daxili işlər orqanlarında xeyli azərbaycanlı qadın çalışır: "Onlar ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında gürcülərlə çiyin-çiyinə mübarizə aparırlar. Mən fürsətdən istifadə edərək, azərbaycanlı polis qadın əməkdaşlarımızı, eləcə də bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm, işlərində, şəxsi həyatlarında uğurlar arzulayıram”.
Nazir Azərbaycanın və Gürcüstanın daxili işlər nazirlikləri arasındakı əməkdaşlığa da münasibət bildirib: “Biz azərbaycanlı həmkarlarımızla çox səmərəli əməkdaşlıq edirik. Münasibətlərimiz çox yüksək səviyyədədir. Bilirsiniz ki, cinayətkarların vətəni və cinayətlərin sərhəddi olmur. Ona görə də biz azərbaycanlı həmkarlarımızla çox sıx əməkdaşlıq edirik və bunun da səmərəli nəticəsini hamı görür”.
Azərbaycan ilə Gürcüstan arasında sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində elə bir ciddi problemin olmadığını vurğulayan nazir deyib ki, mövcud olan bəzi xırda problemlər də müzakirələr yolu ilə həllini tapacaqdır.





Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/qeorqi-mqebrisvili-gurcustanin-ve-azerbaycanin-daxili-isler-orqanlari-cox-semereli-emekdasliq-edi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR