AFFA İntizam Komitəsi AZAL klubunun futbolçusunu 3 oyunluq cəzalandırıb

AFFA İntizam Komitəsi AZAL klubunun futbolçusunu 3 oyunluq cəzalandırıb
12:57 7 Mart 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ AZAL klubunun futbolçusu Alamadine Omega Roberts 3 oyunluq cəzalanıb. 
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında 28 yaşlı liberiyalı futbolçunun diskvalifikasiya olunmasına dair qərar çıxarılıb.
Komitə Azərbaycan Premyer Liqasının XXI turunun “Kəpəz” - AZAL matçının videoyazısını izlədikdən sonra əcnəbi futbolçunun rəqib oyunçuya qarşı aqressiv hərəkətə yol verdiyini təsbit edib. Bu səbəbdən A.Roberts 3 oyunluq cəzalanıb və kluba 2 400 manat cərimə kəsib.
Həmçinin Hakimlər Komitəsinin "Kəpəz" - AZAL görüşünün baş hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmasına dair qərar verilib.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan "Kəpəz" - AZAL oyununu referi Orxan Məmmədov idarə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-i-ntizam-komitesi-azal-klubunun-futbolcusunu-3-oyunluq-cezalandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR