2 futbolçuya 1 oyunluq cəza

2 futbolçuya 1 oyunluq cəza
12:57 7 Mart 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının XXI, I divizionun XVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.


Əvəzedicilərin çempionatının “Neftçi” - “Zirə” matçının 42-ci dəqiqəsində qonaqların futbolçusu Tapdıq Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 100 manat cərimə edilib.


I divizionun “Turan Tovuz” - “Şəmkir” matçının əvvəlində qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. Bu səbəbdən klub 80 manat cərimələnib.


“Şərurspor” - “Qaradağ Lökbatan” matçının 71-ci dəqiqəsində isə qonaqlardan Elmar Mirzəyev ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Ona 1 oyunluq cəza verilib, klub 20 manat cərimə edilib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-2-futbolcuya-1-oyunluq-cza-t56756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR