Birinci vitse-prezident: “Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəfli idi”

Birinci vitse-prezident: “Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəfli idi”
12:57 7 Mart 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində fəaliyyətimi dayandırmalı oluram. Mən 10 ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəfli idi”.
“Report”un xəbərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, müstəqillik illərində Azərbaycanın nüfuzlu dövlət kimi formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub: “Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim yaxşı ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var. O, 10 ildən artıqdır ki,  Milli məclisin sədr vəzifəsini layiqlə icra edir. Hörmətli Oqtay müəllim, sizə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/birinci-vitse-prezident-azerbaycan-milli-meclisinin-deputati-adini-dasimaq-menim-ucun-serefli-idi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR