Ziyafət Əsgərov: "Mehriban Əliyeva çox peşəkar siyasətçidir"

Ziyafət Əsgərov: "Mehriban Əliyeva çox peşəkar siyasətçidir"
13:17 7 Mart 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir. Mehriban xanımın özünün də dediyi kimi əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bu gün parlamentin plenar iclasında deyib.

Z.Əsgərov bildirib: "Tam əminliklə onu da deyə bilərəm ki, Mehriban xanım çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipal bir adam, bu sahədə özünün dediyi kimi möhtərəm prezidentimizin ən yaxın silahdaşı kimi, dövlət başçısına yardımçı olacaq. Mən digər bir məsələyə də toxunmaq istəyirəm, o da Mehriban xanımı xarakterizə edən onun insani keyfiyyətlərindən biri - humanistliyi ilə bağlıdır. Bu günə qədər Azərbaycanda Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR