Bakıda Portuqaliyaya həsr olunmuş fotosərgi keçiriləcək

Bakıda Portuqaliyaya həsr olunmuş fotosərgi keçiriləcək
13:22 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Bakıda Portuqaliyanın Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilən “Hello Portugal! - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə” adlı fotosərgi keçiriləcək.
Portuqaliyanın Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, sərgi 10-12 mart tarixlərində “Nur Art House” qalereyasında baş tutacaq.
Sərgidə Portuqaliyanın bir çox yerlərində olmuş və ölkənin tarixi məkanlarını çəkmiş fotoqraf Aydın Sadıqovun işləri nümayiş olunacaq.
Bu fotosərgi 2017-ci ildə Portuqaliyanın ilk mədəni tədbiri olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/bakida-portuqaliyaya-hesr-olunmus-fotosergi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR