İraq ordusu Mosulda Türkiyə konsulluğunun binasını nəzarətə götürdü

İraq ordusu Mosulda Türkiyə konsulluğunun binasını nəzarətə götürdü
13:22 7 Mart 2017
156 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın təhlükəsizlik xidməti Mosulun qərbində Türkiyə konsulluğunun binasını nəzarət altına alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İraq hərbçilərinin İŞİD-lə mübarizəsi davam edir.

Təhlükəsizlik xidməti bundan əvvəl, Mosulun bir sıra hökumət binasının yerləşdiyi kompleks üzərində nəzarəti bərpa etmişdi.

Bundan başqa, İraqın çevik polis qüvvələri də Mosul polis idarəsini və ədliyyə departamentini geri alıb.

Qeyd edək ki, Mosulun azad edilməsi ilə bağlı əməliyyatlar 2016-cı ilin oktyabrında başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR