Azərbaycanda 7 İslam kolleci yaradıldı

Azərbaycanda 7 İslam kolleci yaradıldı
13:32 7 Mart 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 7 yeni İslam kolleci Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunlar Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kollecidir.

Bundan başqa, bir müddət əvvəl qeydiyyatı ləğv olunan Şəbnəm qızlar mədrəsəsi, Zaqataladakı Əliabad mədrəsəsi və Şəki İslam mədrəsəsi də bu il mart ayının sonuna kimi kollec kimi qeydiyyatdan keçiriləcək.
Bundan sonra Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kolleclərin fəaliyyəti təşkil ediləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR