Futbol tarixinin ən qoca futbolçusu

Futbol tarixinin ən qoca futbolçusu
13:37 7 Mart 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Yaponiyanın II liqasında çıxış edən "İokoqama" klubunun futbolçusu Kadzuesi Miura tarixə düşüb. Fanat.Az xəbər verir ki, bu barədə FIFA məlumat yayıb. 


O, futbol tarixində rəsmi oyunda iştirak edək ən qoca futbolçu olacaq tarixə düşüb. 50 yaşı (+7 gün) olan futbolçu ingiltərəli futbolçu Stenli Meryuzanın rekordunu yeniləyib (50 yaş +5 gün). 


Qeyd edək ki, Kadzuesi Miura peşəkar karyerasına Braziliyada başlayıb (1986-1990). O, "Santos", "Palmeyras", "Koritiba" kimi klublarda çıxış edib. 1994-1995-ci illər mövsümünü Avropada keçirən futbolçu "Cenoa"da çıxış edib. 4 il sonra isə o vətəni Yaponiyaya gəlib. 2005-ci ildən hazırki klubu "İokoqama"nın şərəfini qoruyur. 231 matçda meydana çıxan hücumçu 24 qola imza atıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbol-tarixinin-n-qoca-futbolcusu-t56759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR