Ziyafət Əsgərov: “Mehriban Əliyeva çox peşəkar siyasətçi, işgüzar, prinsipial bir adamdır”

Ziyafət Əsgərov: “Mehriban Əliyeva çox peşəkar siyasətçi, işgüzar, prinsipial bir adamdır”
13:38 7 Mart 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipial bir adamdır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclis sədrinin Birinci müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Z.Əsgərov deyib ki, Azərbaycan demokratik və dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir:

“Mehriban xanımın özünün də dediyi kimi, əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq. Bu sahədə özünün dediyi kimi, möhtərəm Prezidentimizin ən yaxın silahdaşı kimi, dövlət başçısına yardımçı olacaq. Mən digər bir məsələyə də toxunmaq istəyirəm, o da Mehriban xanımı xarakterizə edən onun insani keyfiyyətlərindən biri - humanistliyi ilə bağlıdır”.

Birinci vitse-spiker qeyd edib ki, indiyədək Azərbaycanda Mehriban Əliyevanın təşəbbüsü ilə 4 Amnistiya Aktı qəbul edilib:

“Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya Aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR