Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvləri təsdiqləndi

Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvləri təsdiqləndi
13:38 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Alim Quliyev Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini vəzifəsinə təsdiq edilib.

Bu barədə qərar bu gün Milli Məclisin plenar iclasında qəbul edilib.

Deputatlar, həmçinin Vadim Xubanov və Aftandil Babayevi Mərkəzi Bank sədrinin müavini vəzifəsinə təsdiq ediblər.

A.Quliyev və V.Xubanov 1996-cı ildən, A.Babayev isə 2001-ci ildən öz postlarında çalışırlar. A.Quliyev və V.Xubanov beşinci, A.Babayev isə dördüncü dəfədir öz vəzifələrinə təsdiq edilirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/190478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR