Məleykə Abbaszadə qəbul imtahanlarının qiymətlərindən DANIŞDI

Məleykə Abbaszadə qəbul imtahanlarının qiymətlərindən DANIŞDI
13:43 7 Mart 2017
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Tarif Şurası tərəfindən qəbul imtahanlarında iştirak üçün açıqlanan qiymətlərin müəyyənləşməsində bu vaxta qədər büdcədən bizə ayrılan və hər bir namizadə xərclədiyimiz məbləğ əsas götürülüb”.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

M.Abbaszadə bildirib ki, Dövlət İmtahan Mərkəzi dövlət tərəfindən yaradılan Publik hüquqi şəxs olsaq da, fəaliyyətimiz dövlət tərəfindən maliyyələşdirilmir: “İndi sifarişçi kimi dövlət çıxış edir. Maliyyə Nazirliyinin bizə ödəniş etməsi üçün qiymətlər müəyyənləşməli idi. Ötən il 88 min nəfər ali məktəblərə qəbul olmaq üçün sənəd vermişdi. Bu il də təxminən o qədər müraciət gözləyirik. Onlardan 70 mini ilk dəfə müraciət etdiyindən, bu abituriyentlərin bir dəfə imtahanda iştirak haqqını dövlət ödəyəcək. Bu prosesdə əsas iştirakçılar pulsuz imtahan verəcək. Biz hər zaman hər bir gəncə il ərzində bir dəfə imtahan vermək şansı verirdik. Builki qayda isə abituriyentlərə iki dəfə şans verilir. Heç kim iki dəfə imtahanda iştirak etməyə məcbur deyil. Lakin imtahana tam hazırlıqlı gəlmək lazımdır və bu şəxslər üçün ikinci cəhd elə də vacib deyil. Amma daha yaxşı nəticə əldə etmək istəyənə ikinci cəhd verilir”.

M.Abbaszadə onu da vurğulayıb ki, müəyyən texnoloji dəyişikliklər, imtahanların keyfiyyətini yüksəltmək üçün görüləcək tədbirlər də bu qiymətlərdə əks olunacaq.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/190481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR