Azərbaycan güləşçiləri Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə işirak edəcəklər

Azərbaycan güləşçiləri Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə işirak edəcəklər
13:47 7 Mart 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığma komandası martın 10-da Türkiyənin İstanbul şəhərində start götürəcək Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə işirak edəcəklər.
"Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, üç gün davam edəcək sayca 45-ci yarışda baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında 5 pəhləvan mübarizə aparacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), İbrahim Usubov (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, turnirin proqramına əsasən, martın 10-da 57 kq və 70 kq, martın 11-də 61 kq, 74 kq və 125 kq, son yarış günündə isə 65 kq, 86 kq və 97 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-gulescileri-yasar-dogunun-xatiresine-hesr-olunan-beynelxalq-turnirde-isirak-edecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR