Azərbaycan dəmir yolu ilə daşımalardan gəlirlərini artırıb

Azərbaycan dəmir yolu ilə daşımalardan gəlirlərini artırıb
14:02 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan dəmir yolu nəqliyyatı ilə yük daşınmasından 2016-cı ildə 262,5 mln. manat, sənişin daşınmasından 13,2 mln. manat gəlir əldə edilib. Bu, 2015-ci illə müqayisədə müvafiq olaraq 16,2% və 8,3% çoxdur.
"Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatda qeyd olunub ki, Azərbaycanın dəmir yolu nəqliyyatında 2016-cı ildə əvvəlki ilə nisbətən sərnişin daşınması 1,8% artıb, daşınan yüklərin həcmi isə 10,6% azalıb.
Yük dövriyyəsi 18,0%, sərnişin dövriyyəsi isə 9,7% azalmaqla, müvafiq olaraq 5 092,6 mln. ton/km və 446,7 mln. sərnişin/km təşkil edib.
Həmin müddət ərzində ümumi yük daşımalarının 73,2%-i, yük dövriyyəsinin 80,7%-i beynəlxalq yük daşımalarının payına düşüb. Ötən il ölkə ərazisi ilə daşınan tranzit yüklərin həcmi  3,8 mln. ton olmaqla, ümumi yük daşımalarının 24,8%-ni təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-demir-yolu-ile-dasimalardan-gelirlerini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR