Bakının mərkəzində kran aşdı - FOTO

Bakının mərkəzində kran aşdı - FOTO
14:03 7 Mart 2017
216 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzində qaldırıcı kran aşıb.

Hadisə Mərkəzi Neftçilər Xəstəxanasından 28 May küçəsi istiqamətinə gedən yolda baş verib.

Belə ki, kran 28 May küçəsi istiqamətinə gedən yolun üstündəki körpünün üstünə aşıb. Hazırda yolda nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Əraziyə aidiyyəti qurumlar cəlb olunub.

Qeyd edək ki, həmin ərazidə yerləşən körpü uçma təhlükəsi ilə üzləşib. Bir müddət öncə yolda qəza baş verib. Yük avtomobili körpüyə çırpılmışdı, nəticədə körpüdə iri çat əmələ gəlmişdi. (oxu.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/190485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR