Atalar deyib ki, "Utananın oğlu olmaz..."

Düzdür utanmaq yaxşı haldır, ancaq həddindən artıq utancaqlıq da bir şey deyil. Atalar deyib ki, “Utananın oğlu olmaz...".

Mətbuat.az sözügedən məsəlin tibbi tərəflərini araşdırıb. Avropa Psixoterapiya Assosiasiyasının həqiqi üzvü, beynəlxalq sertifikatlı həkim-psixoterapevt, sekspataloq Şəmsəddin Babayevin sözlərinə görə, kişi qadını cinsi əlaqə zamanı yaxşı əzizləyə, əlaqəni qadın hiss edənədək davam etdirə bildiyi halda oğlan övladı olmaq şansı çoxdur:

"Sonra eyakulyasiya (sperma ifrazı) baş verirsə, oğlan uşağının doğulma ehtimalı çoxdur, yəni kişi əvvəl qadını "söndürür", sonra özü "sönür"! Utancaq kişi həyəcan keçirdiyindən cinsi əlaqəni qadın orqazma çatanadək davam etdirə bilmir və erkən eyakulyasiya baş verir. Bu halda oğlan uşağının doğulma ehtimalı azdır".

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR