Cəlilabadda qrunt suları problemlər yaradıb

Cəlilabadda qrunt suları problemlər yaradıb
14:12 7 Mart 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 7 mart. REPORT.AZ / Cəlilabad rayonunda qar suları fəsadlar törədib. 
"Report”un Aran bürosu xəbər verir ki, intensiv yağıntılardan sonra qrunt suları rayon ərazisində təsərrüfatlara ciddi ziyan vurub. Rayonun Ocaqlı kəndində həyətlərə toplanan qrunt suları gölməçələrə çevrilib. Bəzi yerlərdə dərinliyi bir metrə çatan suyun evlərə dolma təhlükəsi yaranıb.
Əksər yerlərdə həyətyani sahələrin suyun altında qalması əkinlərin məhv olmasına gətirb çıxarıb. Kənd sakinlərinin sözlərinə görə, nisbətən çökək yerlərdə olan həyatyanı sahələrdə suyun səviyyəsinin qalxması yolları da suyun altında qoyub və piyadaların hərkətində çətinlik yaradıb.
Bəzi yerlərdə suyun quş damlarına dolması ev quşlarının tələf edib. Suyun ərazidən təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən işlər görülməsi davam etdirilir.








Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-qrunt-sulari-problemler-yaradib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR