Rusiya prezidenti SMS-ə görə 7 il azadlıqdan məhrum olunan qadını əfv edib

Rusiya prezidenti SMS-ə görə 7 il azadlıqdan məhrum olunan qadını əfv edib
14:17 7 Mart 2017
150 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin “vətənə xəyanətdə” ittiham olunan Soçi sakini Oksana Sevastidini əfv edib.
“Report” BBC-yə istinadən xəbər verir ki, o, bu haqda fərman imzalayıb.
İnformasiyaya əsasən, fərman imzlanandan 5 gün sonra qüvvəyə minəcək.
Məlumata görə, 2008-cu ildə Suxumidən olan dostu ondan SMS-lə Soçidə tankların olub-olmadığını soruşub. Oksana Sevastidi isə ona Abxaziya istinqamətində zirehli texnikanın hərəkət etdiyi barədə SMS yazıb.
O, Gürcüstan kəşfiyyatına işləməkdə şübhəli bilinmiş, ona qarşı “dövləti xəyanət və casusluq” maddələri əsasında cinyət işi açılmışdı. Oksana Sevastidi bu ittihamlar əsasında 7 il azadlıqdan məhrum edilmişdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-prezidenti-sms-e-gore-7-il-azadliqdan-mehrum-olunan-qadini-efv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR