Yığmamız turnirdə üçüncü oldu

Yığmamız turnirdə üçüncü oldu
14:17 7 Mart 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir başa çatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan güləşçilərinin də iştirak etdiyi turnirin ikinci günündə 66, 75, 85 və 130 kq çəkidə pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub. 

85 kq çəkidə mübarizə aparan İslam Abbasov finala qədər bütün rəqiblərindən üstün olub. Son görüşdə rəqibinə uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib. Bürünc medalı isə yığmamıza Həsən Əliyev (75 kq) qazandırıb. 

Xatırladaq ki, ilk yarış günündə Murad Məmmədov (59 kq) bürünc medal qazanıb. 

Komanda hesabında Türkiyə birinci, Gürcüstan ikinci, Azərbaycan yığması üçüncü pillədə qərarlaşıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR