Elmar Məmmədyarov: "Bu il Rusiya ilə ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər təşkil ediləcək"

Elmar Məmmədyarov: "Bu il Rusiya ilə ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər təşkil ediləcək"
14:17 7 Mart 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Rusiyaya səfəri planlaşdırılır.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya bu il ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər təşkil etmək niyyətindədir: "Düşünürük ki, Rusiyanın Baş naziri Dmitri Medvedev səviyyəsində Bakıya səfər baş tutacaq."
"Həmçinin Prezident İlham Əliyevin Moskvaya səfəri gözlənilir", - nazir vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/elmar-memmedyarov-bu-il-rusiya-ile-en-yuksek-seviyyede-qarsiliqli-resmi-seferler-teskil-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR