"Arsen Venqer üçün oynamaq istəyirik"

"Arsen Venqer üçün oynamaq istəyirik"
14:22 7 Mart 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın kapitanı Per Mertezaker "Bayer Munix"lə Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək oyundan əvvəl baş məşqçi Arsen Venqerə dəstəyini ifadə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, almaniyalı futbolçu bunları deyib:

"Həmişə məşqçi günahkar deyil. Heyəti müəyyən etmək çətindir. Venqer zəngin təcrübəsinə əsaslanıb komandanı yaxşılaşdırmaq istəyir. Ona inanırıq. Uğursuzluq zolağından çıxa bildiyimizi dəfələrlə göstərmişik. Venqer üçün oynamaq istəyirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR