8 Mart günü 2 manatla qadınları necə sevindirməli...

8 Mart Beynəlxalq Qadınlar Günü ölkəmizdə xüsusilə qeyd olunan bayramlardan biridir. Lakin əksər kişilər öz həyat yoldaşlarını, sevgililərini ən az xərclə necə təbrik etməyin üsullarından xəbərsizdirlər.

Metbuat.az 2-3 manata başa gələn təbrik üsullarını təqdim edir:

- Sevdiyiniz qadının müsbət keyfiyyətlərini yazaraq zərfin içərisinə qoyun. Qadın mütləq duyğulanacaq və bu hədiyyə onun üçün yaddaqalan olacaq. Zərfi 1 manat ala bilərsiniz.

- Bir ədəd güllə sevgilinizi təbrik etməyə çəkinirsinizsə, həmin gülün ləçəklərini yolun və sevgilinizin gözü önündə bir-bir yerə atın. Gülün saplağını isə əlinizdə saxlayın. Sonra onu inandırmağa çalışın ki, sizin sevginiz gülün ləçəkləri kimi davamsız və tez məhv olan deyil, gülün saplağı kimi daimi və əbədidir.

- Əgər həyat yoldaşınız işləyirsə, ona iş qayğılarını unutdurmaq üçün rəngli şarlar alın və həmin şarları yataq otağınızdan asın. Əlvan rənglər zehnin açıqlığına və düşünmək qabiliyyətinin inkişafına kömək edir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR