“Rusiya Krımı tutmasaydı...” - keçmiş baş nazir ABŞ-ın PLANINI AÇIQLADI

“Rusiya Krımı tutmasaydı...” - keçmiş baş nazir ABŞ-ın PLANINI AÇIQLADI
14:38 7 Mart 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

“2014-cü ildə Kiyev Krımı Rusiyaya satıb”.

Publika.az xəbər verir ki, bunuUkraynanın birinci baş naziri Vitold Fokin “112 Ukrayna” telekanalına müsahibəsində deyib.

“Ağlasığmaz versiyadır, amma sadəcə, Krımı satdılar. Bu versiyanı istisna etmək olmaz”, - deyə Fokin bildirib.

O əlavə edib ki, Ukrayna paytaxtında 2014-cü ilin yazında təlaş və çaşqınlıq hökm sürürdü. Keçmiş hökumət başçısının sözlərinə görə, yarımada Rusiyaya birləşdirilməsəydi, Moskva Krımı həmişəlik itirərdi:

“Çünki bura amerikalılar gələrdilər. Amerika təyyarədaşıyanları Aralıq dənizinə girərək Dardanel və Bosfor boğazlarını keçmişdi”.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR