​Mollalar niyə ayələri Azərbaycan dilində oxumur?

Əksəriyyətimiz yas mərasimində mollaların oxuduğu ayələri başa düşmürük.

Quranın bütün dillərdə tərcüməsi var, həmçinin Azərbaycan dilində. Maraqlıdır, Quranın Azərbaycan dilində tərcüməsi ola-ola, niyə mollalar yas yerində ayələri ərəbcə oxuyur?

Bununla bağlı Metbuat.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, ayələrin ərəb dilində oxunması insanları cəlb etmək üçündür:

“Quran Azərbaycan dilində oxunsa, insanlar mollanı sorğu-suala tutacaq və suallarla bağlı cavab axtaracaqlar. Bu da mollara sərf etmir”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR