Çindən uşaq futbolu ilə bağlı inqilabi qərar: 2-ci La Masia tikilir

Çindən uşaq futbolu ilə bağlı inqilabi qərar: 2-ci La Masia tikilir
14:57 7 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Çin hökuməti ölkədə futbolun kütləvi inkişafı məqsədilə mühüm qərar verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkənin Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Si Szinpin bəyan edib ki, 2025-ci ilə qədər Çində 50 minədək uşaq futbol məktəbi tikiləcək. Yaxın zamanlarda isə Çinin cənubunda "Barselona"nın uşaq futbol akademiyası - La Masia modelində yeni akademiya tikiləcək. Kataloniya klubu ilə əməkdaşlıq çərşivəsində ərsəyə gətiriləcək bu akademiyanın tikintisinə 8.5 milyon dollar vəsait ayrılacaq.

Layihə çərçivəsində 7 futbol meydançası salınacaq, idman kompleksi, 6-18 yaş arası olan uşaqlar üçün 1000 nəfərlik tutumu olan internat istifadəyə veriləcək.

"Mən əminəm ki, gələcəkdə bu akademiyanın yetirməsi olan uşaqlar "Barselona"da oynayacaqlar" - deyə Kataloniya klubunun prezidenti Jozep Bartomeu bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR