Bu il Azərbaycanda sınaq imtahanlarının sayı azaldılacaq

Bu il Azərbaycanda sınaq imtahanlarının sayı azaldılacaq
15:02 7 Mart 2017
1112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ "Bu il Azərbaycanda sınaq imtahanlarının sayı nəzərdə tutulandan az olacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 
O bildirib ki, hazırda sınaq imtahanları ilə bağlı araşdırma aparılır: "Sınaq imtahanlarında iştirak qiyməti və cədvəli yaxın günlərdə elan ediləcək. Ötən aylarda fəaliyyət göstərə bilmədiyimiz üçün sınaq imtahanlarının cədvəli çox sıx olacaq. Nəzərdə tutduğumuz kimi çox deyil, 1-2 sınaq imtahanı keçiriləcək".
M.Abbaszadə onu da qeyd edib ki, mart ayının 5-də keçirilən buraxılış imtahanında 6 nəfər telefonla tutulub: "Həmin şəxslərin nəticələri ləğv edilib. Onlar 0 balla ikinci mərhələyə buraxılacaqlar".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycanda-bu-il-sinaq-imtahanlarinin-sayi-azaldilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR