Ronaldinyo ilə “Qəbələ” Dubayda müqavilə bağlayacaq

Ronaldinyo ilə “Qəbələ” Dubayda müqavilə bağlayacaq
15:17 7 Mart 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

Ötən ilin oktyabrında paytaxtımızın qonağı olan Ronaldinyonun Bakıda açılması nəzərdə tutulan futbol məktəbi ilə bağlı yeniliklər var.

Milli.Az futbolinfo.az-a istinadla bildirir ki, brazilyalı ulduzla müqavilənin nə vaxt bağlanacağı bəlli olub.
 
Bu haqda məlumatı "futbolinfo"ya açıqlamasında "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov verib: "Artıq qarşı tərəflə müqavilənin nə vaxt bağlanılacağı bəlli olub. Martın 15-i Dubayda müqaviləyə qol çəkiləcək. Məkan olaraq Dubayın seçilməsi isə Ronaldinyonun həmin vaxt məhz orada olması ilə əlaqədardı. Gərgin iş qrafiki üzündən Bakıya gəlməyi mümkün deyil".
 
Klub rəsmisi həmçinin, Bakıdakı məktəbin yerinin hələ müəyyənləşdirilmədiyini də bildirib: "Bakıdakı yer tam qərarlaşdırılmayıb. Yaxın günlərdə bu məsələ ilə bağlı açıqlama veriləcək".
 
Qeyd edək ki, "Ronaldinho Soccer Academy" veteran futbolçunun doğulub boya-başa çatdığı Qremio, həmçinin BƏƏ-nin Dubay şəhərində fəaliyyət göstərir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR