Spiker xanım deputatları təbrik etdi

Spiker xanım deputatları təbrik etdi
15:23 7 Mart 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov parlamentin xanım deputatlarını qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, təbrik mərasimi Milli Məclisin bu gün keçirilən plenar iclasının fasiləsi zamanı keçirilib.

Mərasimdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, müavinləri - Valeh Ələsgərov, Bahar Muradova, Milli Məclis rəhbərliyi, komitə sədrləri və deputatlar iştirak ediblər.

Spiker O.Əsədov xanım deputatlar təbrik edərək, onlara gül təqdim edib. Daha sonra xatirə fotoları çəkilib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/190498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR