Məhəbbət Vəliyeva: "Məktəblərdə pul yığılmasının təşəbbüskarları bir çox hallarda valideynlərinin özləri olur"

Məhəbbət Vəliyeva: "Məktəblərdə pul yığılmasının təşəbbüskarları bir çox hallarda valideynlərinin özləri olur"
15:27 7 Mart 2017
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ "Bu günə qədər məktəblərdə pul yığılması ilə bağlı Təhsil Nazirliyinə hər hansı şikayət daxil olmayıb".
"Report" xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, nazirliyə anonimliyi istisna olmaqla daxil olan şikayətlər dərhal araşdırılır: "Məktəblərdə pul yığılması ilə bağlı şikayət daxil olsa dərhal reaksiya verəcəyik".
M.Vəliyevanın sözlərinə görə, Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə pul yığılmasının qəti əleyhinədir: "Məktəblərdə pul yığılması ilə bağlı daim ictimaiyyətdə narazılıqlar eşidilir. Bəlkə də bir çox hallarda bu məsələlərin təşəbbüskarları müəllimlərdir, bunu istisna etmirik. Amma bu işlərin təşkilatçısı elə valideynlər özləridir. Ona görə narazılığımızı kimə yönləndirdiyimizə baxmalıyıq". 
M.Vəliyeva qeyd edib ki, məktəblər bu istiqamətdə valideyn təşkilatları ilə söhbət aparmalıdır: "Bu məsələ də nəzarətə götürülməlidir. Bir çox hallarda şikayətləri araşdırdıqda validenylərin ərizələri ilə rastlaşırıq. Valideynlər bildirirlər ki, biz könüllü şəkildə, istəyərəkdən müəllimizi bu və ya digər səbəbdən təbrik etmişik. Bəlkə də burada qəbahət yoxdur. Biz məktəb, məktəb rəhbərliyi, müəllim tərəfindən məcburi şəkildə təşkilatçılığının əleyhinəyik. Əgər hər hansı valideyn digər validenyləri bu məsələyə məcbur edirsə biz bunun da əleyhinəyik. Hər hansı bir valideynin öz övladının müəllimini təbrik etməsində şəxsən qəbahət görmürəm. Bunlar hamısı qarşılıqlı hörmət, etibar şəklində olmalıdır. Biz bunun tərəfdarıyıq".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/baki-tehsil-i-daresinin-mudiri-mekteblerde-pul-yigilmasinin-tesebbuskarlari-bir-cox-hallarda

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR