Məlumatları birdəfəlik silən virus aşkar edilib

Məlumatları birdəfəlik silən virus aşkar edilib
15:35 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Kasperski Laboratoriyası" qurğudakı məlumatları birdəfəlik silən, öz qurbanını izləyən və qoruyucu funksiyasını yerinə yetirən proqram təminatından yaxşıca gizlənən “StoneDrill” virusunun peyda olması barədə məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “StoneDrill” virusunun köməyi ilə Avropa və Yaxın Şərq ölkələrində şirkətlərə qarşı haker hücumları qeydə alınıb. Proqram təminatı  iki mürəkkəb anti-emulyasiya metodu sayəsində özünü büruzə vermir. Zərərli proqram kompüterə düşən kimi əksər hallarda istifadə edilən brauzerin yaddaş prosesinə yüklənir. Virus quraşdırmadan dərhal sonra sərt diskdəki faylları məhv etməyə başlayır.

“StoneDrill” virusu informasiyanı silən moduldan başqa qurbanlarını izləyən bekdordan ibarətdir. "Kasperski Laboratoriyası"nın mütəxəssisləri 4 idarəetmə serveri aşkar ediblər.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46513-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR