Dmitri Medvedyev Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb

Dmitri Medvedyev Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
15:57 7 Mart 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Arif qızı Əliyevaya təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Əlamətdar bayram - 8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu bayram insanlara həmişə səmimiyyət, təbəssüm və parlaq emosiyalar bəxş edir. Yenilənmə dövrü olan bahar bizə sevinc gətirir, xüsusi ovqat yaradır. Martın 8-də biz ən yaxşı arzularımızı və ən səmimi sözlərimizi qadınlara həsr edirik.

Qadınlar ailələrinə, dostlarına və həmkarlarına diqqət və qayğı göstərir, evdə rahatlıq və harmoniya ab-havası yaradırlar. Qoy, hər bir işiniz uğurlu, doğmalarınız və yaxınlarınız xoşbəxt və firavan olsunlar.

Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/524080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR