''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib

''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib
15:57 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 30 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib.
"Report" bu barədə SOCAR-a istinadən xəbər verir. 
Quyu Qirməki lay dəstəsindən elektrik dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə 756,9-650,8 metr dərinlik intervalından sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul ediib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/qerbi-abseron-yataginda-yeni-horizontal-quyu-istismara-verilibbb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR