Futbol tarixində bir ilk

Yaponiyanın ikinci liqasında çıxış edən "Yokohama" klubunun 50 yaşlı futbolçusu Kazuyoşi Miyura rəsmi oyunda meydana çıxan ən yaşlı futbolçu adını qazanıb.

Metbuat.az bildirir ki, "V-Varen Nagasaki" ilə oyunda meydana çıxan futbolçu ingilis Stenli Matteusa aid rekordu yeniləyib.

Xatırladaq ki, Braziliyada "Santos" və İtaliyada "Cenoa" kimi klublarda çıxış etmiş yapon futbolçu 1990-2000-ci illər ərzində formasını geydiyi Yaponiya yığma komandasında 89 oyun keçirib və 55 qol vurub.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR