"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Türkiyə Futbol Federasiyasının prezidenti ola bilər

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Türkiyə Futbol Federasiyasının prezidenti ola bilər
16:12 7 Mart 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran" futbol klubunun sabiq baş məşqçisi Mustafa Denizli Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti vəzifəsinə namizədliyini irəli sürə bilər. 

Milli.Az report-a istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis "Anadolu" agentliyinə açıqlamasında belə bir variantı istisna etməyib.

Türkiyədə futbolla bağlı hər sahədə fəaliyyət göstərdiyini vurğulayan M.Denizlinin fikrincə, TFF prezidenti olması zərurəti nə vaxtsa yarana bilər: "Belə bir fikir bir gün ortaya çıxarmı? Deyə bilmərəm. Futbolun hər pilləsində fəaliyyət göstərən insanlarıq, bundan sonra da davam edəcəyik".

Qeyd edək ki, hazırda TFF prezidenti Yıldırım Demirörendir. O, quruma 2012-ci il fevralın 27-dən rəhbərlik edir. Mustafa Denizli 2013-cü ilin dekabrından 2014-cü ilin mayınadək "Xəzər Lənkəran"ın baş məşqçi postunda çalışıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR