Peru Venesueladakı səfirini geri çağırıb

Peru Venesueladakı səfirini geri çağırıb
16:12 7 Mart 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Peru Prezidenti Pedro Pablo Kuçinski ölkənin Venesueladakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
"Report" Peru Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu qərar Venesuela xarici işlər naziri Delsi Rodrigesin Peru prezidentinin ünvanına təhqiredici ifadələr işlətməsindən sonra qəbul edilib.
Peru XİN-dən bildiriblər ki, D.Rodrigesin bəyanatı diplomatik münasibətləri dəstəkləyən ölkələr üçün qəbuledilməzdir.
Bundan əlavə, Peru Venesuelaya etiraz notası göndərib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/peru-venesueladaki-sefirini-geri-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR