Xarici işlər naziri az öncə açıqladı: "Danışıqlar dayanıb və..."

"Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb”.

Bu sözləri Azərbaycan xarici işlər Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: "Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur. Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik".

Baş verən siyasi məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən deputat Aydın Mirzəzadə bildirdi ki, 2 aylıq səlahiyyət müddəti qalmış Serj Sarkisyanla danışıqlar aparmağın əhəmiyyəti yoxdur:

“Ermənistanda keçirilən Konstitusiya islahatına görə, dövlətin idarəetmə sistemi dəyişilir. Ölkə parlamentli idarəetmə sisteminə keçir. Yəni, aprel ayının 2-də parlamentdə səs çoxluğu qazanan partiyanın qurduğu hökümət hakimiyyətin əsas icraedici orqanı olacaq. Prezident artıq dövlətin idarəedilməsindən birbaşa kənarlaşdırılır. Bu baxımdan, yeni hökümətin qurulması və səlahiyyətli şəxslə danışıqlar aparmaq məntiqlidir. Azərbaycan da bunu əsas götürərək, seçkilərdən sonra formalaşan hakimiyyətlə danışıqlar aparmaq əzmindədir”.

Xəyalə Məmmdəova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR