"Namizədlər təsdiqlənmiş məbləğdən əlavə pul ödəməyəcəklər"

"Namizədlər təsdiqlənmiş məbləğdən əlavə pul ödəməyəcəklər"
16:42 7 Mart 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qəbul imtahanlarında iştirak edəcək namizədlər imtahanların Tarif Şurası tərəfindən təsdiqlənmiş cədvəlində qeyd olunmuş məbləği ödəyəcəklər".

Milli.Az xəbər verir ki, bunu Trend-ə DİM-in sektor müdiri Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, imtahanların tariflərinə ƏDV daxil deyil.

X.Xanlarzadə qeyd edib ki, namizədlərin imtahanda iştirak üçün müəyyən edilən məbləği ƏDV daxil edilməklə ödəyəcəyi barədə verilən məlumatlar yanlışdır: "Namizədlər sadəcə olaraq, siyahıdakı tarifləri ödəyəcəklər və əlavə heç bir ödəniş etməyəcəklər".

Qeyd edək ki, Tarif (qiymət) ŞurasıDövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edib.

Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR