Həmsədrlər bu ay Ermənistana səfər edəcəklər

Həmsədrlər bu ay Ermənistana səfər edəcəklər
16:47 7 Mart 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

"ATƏT-in Minsk qrupu həmsədrləri bu ay Ermənistan və işğal olunmuş Dağlıq Qarabağ ərazisinə də səfər edəcəklər".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti deyib.
 
O, həmsədrlərin Azərbaycana bu həftə səfər edəcəyini xatırladıb: "Ermənistan prezidenti Serj Sarkisyanın bu gün Fransa səfəri başlayır və o, 3 gün burada olacaq. Həmsədrlərin Ermənistana səfəri nəzərdə tutulub. Sadəcə, gündəlikdə olan məsələlər səbəbindən bu səfər Azərbaycana səfərdən dərhal sonra olmayacaq".
 
Diplomat bildirib ki, səfərin dəqiq tarixi yaxın vaxtlarda Ermənistan rəhbərliyi tərəfindən elan olunacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/524096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR