Moskvanın boy kuklaları şousu Bakıya əyləncəli köpək balalarını gətirəcək

Moskvanın boy kuklaları şousu Bakıya əyləncəli köpək balalarını gətirəcək
16:57 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Moskva boy kuklaları şousu 29 və 30 aprel tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yeni "Şenyaçiy patrul. Davamı..." tamaşasını təqdim edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, biletlər şəhərin bütün kassalarında və "Asan xidmət" mərkəzlərində satılır. Onları, həmçinin evdən çıxmadan http://iticket.az/¬. biletlərin onlayn-alışı saytında əldə etmək olar.

Ödənişsiz çatdırılma üçün (077) 600 00 60 - telefon nömrəsinə müraciət etmək kifayət edir. Yeni tamaşanın süjetinə əsasən, "Macəralar buxtası"nda Yaxşılıq Günü bayramı elan edilib. Bizim qəhrəmanlarımız - altı cəsur köpək balası və Zik Rayder adlı oğlan bu füsunkar bayrama hazırlaşırlar. Lakin hazırlıqların ən qızğın vaxtında müəmmalı yoxa çıxma halı baş verir. Köpək balaları düşünmədən axtarışa gedirlər, çünki xilas etmək onların vəzifəsidir! Hər bir kiçikyaşlı tamaşaçı xilasetmə komandasına kömək edə və bütün macəralarda iştirak edə bilər. Uşaqlar sevimli qəhrəmanları ilə yenidən görüşəcəklər, əyləncəli köpək balalarının yeni macəraları isə parlaq və çox maraqlı tamaşa ilə sevinc bəxş edəcək. Bütün alilə üzvlərinizlə ən parlaq musiqili-rəqs tamaşasına gəlin və birlikdə yaxşılıq edək! Siz xeyli təəssüratlar, müsbət emosiyalar və əla əhval-ruhiyyə qazanacaqsınız!

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/524053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR