Musiqili Teatrda bu həftə yeni tamaşalar nümayiş etdiriləcək

Musiqili Teatrda bu həftə yeni tamaşalar nümayiş etdiriləcək
17:27 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə 4 gün ərzində 6 tamaşa nümayiş etdiriləcək. 
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, teatrda  8, 10, 11, 12 mart tarixlərində saat 12.00 və 19.00-da Qara Qarayevin musiqiləri əsasında “Mənim günahım” (İ. Əfəndiyev), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Talelər qovuşanda” (R. Hacıyev), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Kurlyanskiy, A. Xayt) və “Toya bir gün qalmış” (Ə. Səmədli) tamaşaları nümayiş olunacaq. Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 11 mart tarixində saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə”,12 mart tarixində isə R. Ağayeva, A. Kurlyanskiy və A. Xaytın “Bir dayan, canavar!” əsərləri rus dilində uşaqlar üçün nümayiş olunacaq.
Səhnə əsərlərində xalq artistləri Afaq Bəşirqızı, Şükufə Yusupova, Əməkdar artistlər Novruz Qartal, Emma Məlikova, Əzizağa Əzizov, Svetlana Bulax, Nahidə Orucova, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, İlham Hüseynov, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Ağaxan Şərifov, Marina Litvenonko, Gülnarə Abdullayeva, Emil Heydərov, Ülviyyə Əliyeva, Nadejda Povelitsina, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Səməd Xasıyev, Fərid Rzayev, Elanora Mehdiyeva, Elməddin Dadaşov, Cəlalə Novruzlu, Murad Əliyev və başqalarının ifalarını izləyə biləcəklər.
Dövlət Musiqili Teatrı bayram əhval-ruhiyyəli həftəni şən və yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.


Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/musiqili-teatrda-bu-hefte-yeni-tamasalar-numayis-etdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR