"Ukrtransnafta" bu həftə Azərbaycan neftinin qəbuluna başlayır

"Ukrtransnafta" bu həftə Azərbaycan neftinin qəbuluna başlayır
17:32 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Ukraynanın "Ukrtransnafta" ASC mart ayının ikinci dekadasından etibarən Azərbaycan neftinin Kremençuq Neftayırma Zavoduna ("Ukrtatnafta" ASC) ötürülməsinə başlayacaq.
"Report"un "Oilnews.com" saytına istinadən verdiyi xəbərə görə, bu barədə "İnterfax-Ukrayna" agentliyinə şirkətin baş direktorunun müavini Andrey Pasişnik məlumat verib.
A.Pasişnik bildirib ki, hazırda ehtiyatda 17 min ton "Urals" markalı neft qalıb. Bu ehtiyat 3 günə bitdikdən sonra martın 10-dan etibarən "Azeri Light" markalı neftin qəbuluna başlanılacaq. 
Qeyd edək ki, "Ukrtransnafta" və "Ukrtatnafta" 2016-cı il noyabr ayının 3-də ildə 1,3 mln. ton Azərbaycan neftinin Kremençuq Neftayırma Zavoduna nəqli barədə anlaşma imzalayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/ukrtransnafta-bu-hefte-azerbaycan-neftinin-qebuluna-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR