Bakı sakini Tovuzda qidadan zəhərlənib

Bakı sakini Tovuzda qidadan zəhərlənib
17:32 7 Mart 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 7 mart. REPORT.AZ/ Tovuz rayonunda 21 yaşlı gənc qidadan zəhərlənib. 
"Report"un Qərb bürosunun məlumatına görə, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Mirkamil Haşımlının qəfildən halı pisləşib. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, M.Haşımlının müayinədən sonra qidadan zəhərlənməsi müəyyən edilib: "Ona ilkin tibbi yardım göstərilib və vəziyyəti orta ağır qiymətləndirilir".




Xəbərin orijinal ünvanı: https://report.az/media/baki-sakini-tovuzda-qidadan-zeherlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR